25 C
Baku
Friday, August 22, 2025

Şokoladın dünyada bahalaşması Azərbaycanın bu məhsul üzrə idxal xərclərini artırıb

2025-ci ilin ilk yarısında Azərbaycana şokolad və ondan hazırlanan məmulatların idxalı 11 955 ton olub və bunun dəyəri 41.5 milyon ABŞ dolları təşkil edib. Banker.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi cüzi – 3,4% artıb, dəyər isə 21,4% yüksəlib.

Dünya bazarlarında şokoladın istehalında əsas komponent olan kakao paxlasının bahalaşması Azərbaycanın bu məhsullara çəkdiyi xərcləri də ciddi artırıb. Belə ki, 2024-cü ildə hər ton şokolad orta hesabla 2 960 dollar idi, 2025-ci ildə bu göstərici 3 470 dollara qədər yüksəlib. Bu da ölkə üçün şokolad idxalında 510 dollar hər tona görə əlavə xərc yaradır.

Kakao əsas məhsul yığımının baş tutduğu ölkələr Qana və Fildişi Sahilində xəstəlik və iqlim dəyişikliyi səbəbindən istehsal aşağı düşüb. Təkcə 2024-cü ildə dünyada təxminən 500 000 ton kakao çatışmazlığı yaranıb. Nəticədə birjalar bu azalmanı bahalaşma kimi dəyərləndirir. 2025-ci ilin mart ayında isə bu qiymət 11000 dollar/ton səviyyəsinə qalxıb, yəni cəmi bir ay ərzində 6.7% artım müşahidə olunub.

Ən böyük tədarükçü yenə də Rusiya olub. Bu ölkədən idxal 7,954 ton təşkil edib və ümumi həcmin 66%-ni verib. Rusiyadan gətirilən məhsulların dəyəri 23,6 milyon dollar olub ki, bu da ümumi idxal dəyərinin 56%-nə bərabərdir. Orta qiymət isə hər ton üçün 2 960 dollar səviyyəsindədir. Türkiyə ikinci ən iri təchizatçı olub – 1 073 ton (9% pay) və 7.1 milyon dollar (17% pay). Buradan idxal olunan məhsulların bir tonu orta hesabla 6 630 dollara başa gəlib ki, bu da Rusiyadan gətirilən şokoladla müqayisədə iki dəfədən çox bahadır. Üçüncü sırada Ukrayna gəlir – 1 046 ton (9% pay) və 3 milyon dollar (7% pay), hər tonun qiyməti isə 2 850 dollar civarındadır. İran da mühüm tədarükçülər sırasındadır – 721 ton (6% pay), dəyəri 1.54 milyon dollar, yəni hər ton üçün təxminən 2.135 dollar. Özbəkistanın payı da artıb – 337 ton (3% pay) və 990 min dollar, hər ton orta qiyməti 2 935 dollardır.

Ən kəskin artım Türkiyə və İrandan idxalda qeydə alınıb. Türkiyə üzrə miqdar azalsa da, dəyər kəskin artıb və nəticədə orta qiymət 2024-cü ilin 5 260 dollarından 6 630 dollara yüksəlib. İrandan isə həm həcmdə, həm də dəyərdə artım olub, xüsusən 981 min dollardan 1.54 milyon dollara sıçrayışla qiymət 2 135 dollara qalxıb. Belçika və Fransa kimi Avropa ölkələrindən idxal isə azalıb – Fransa üzrə 111 tondan 66 tona, Belçika üzrə isə 78 tondan 43 tona düşüb.

342
Mənbə: DSK

Bir ton şokoladın ən baha idxalı Livandan olub – 209 min dollara 5,8 ton gətirilib və hər ton 36 min dollar səviyyəsindədir. Bu rəqəm kütləvi idxal üçün deyil, lüks məhsullar üçün xarakterikdir. Digər bahalı idxal İtaliyadan (13 490 dollar/ton) və Böyük Britaniyadan (8 430 dollar/ton) edilib

Son xəbərlər
Digər xəbərlər