“Solana” ($SOL) son 30 gündə 20% bahalaşıb, yalnız son 24 saata isə 6% artıb. SOL hazırda son səkkiz ayın ən yüksək səviyyəsində ticarət olunur.
8 avqustda Galaxy Digital, Jump Crypto və Multicoin Capital birgə elan etdilər ki, onlar Forward Industries (FORD) şirkətinin 1,65 milyard dollar həcmində xüsusi səhmlər yerləşdirilməsinə rəhbərlik edirlər. Bu, “Solana” üzərində rəqəmsal aktivləri idarə edən şirkət statusuna keçəcək. Üç əsas investor layihəyə həm kapital, həm də strateji dəstək vəd edib.
11 sentyabrda Forward Industries bildirib ki, xüsusi səhmlərin yerləşdirilməsi tamamlanıb və əldə olunan vəsaitlə “Solana” alımına başlayacaq. Son beş gündə FORD səhməri NASDAQ-da 135% artıb.
Daha sonra Lookonchain analitikləri qeyd ediblər ki, Galaxy Forward Industries-ə token toplamasında kömək edir.
Analitiklərin məlumatına görə, Galaxy Digital 24 saat ərzində 2,1 milyondan çox SOL ($486 milyon) alıb.
Foto: InvestAZ İnvestisiya Şirkəti MT4 (günlük)