20 C
Baku
Thursday, May 2, 2024

“Solana” kriprovalyutası ticarət həcminə görə “Bitcoin”i keçib

Ən böyük kriptovalyuta birjası “Binance”də yerli blokçeyn tokeni “Solana” (SOL) ilə gündəlik spot ticarətin həcmi 1.1 milyard dolları ötüb ki, bu da “Coingecko”ya görə saytdakı bütün əməliyyatların 8.3%-ni təşkil edir. Göstərici ənənəvi olaraq ən populyar aktivlərin – “Bitcoin” (BTC) və “Ethereum” (ETH) həcmlərini üstələyib. Həftə sonu SOL-un qiyməti təxminən 20% artıb və Bakı vaxtı ilə saat 11:00-da token 113.5 dollara ticarət edilib.

SOL-un kapitallaşması 4.88 milyard dolları ötür, sikkə “Coinmarketcap” reytinqində bazar payına görə dördüncü yerdədir. “Solana”nın qiyməti ilin əvvəlindən on dəfədən çox artıb, lakin token hələ də kriptovalyuta dövrünün pik dövründə 2021-ci ilin noyabrında əldə edilən 250 dollardan aşağı ticarət edilir.

Bakı vaxtı ilə saat 11:00-da “Bitcoin”in məzənnəsi 43.2 min dollar civarında olub. İkinci ən böyük kriptovalyuta “Ethereum” (ETH) 2283 dollardan ticarət olunur. Həm BTC, həm də ETH həftə ərzində təxminən 5% bahalaşıb. BNB-nin qiyməti 266 dollar təşkil edir.

Ən yaxşı 10 kriptovalyuta arasında “Avalanche” (AVAX) tokeni həftəlik nəzərəçarpacaq artım göstərib, qiyməti son 7 gündə 20%-dən çox artıb. “Solana” istisna olmaqla, kapitallaşmaya görə digər ən böyük sikkələrin qiyməti son 24 saat ərzində demək olar ki, dəyişməz qalıb ki, bu da çox güman ki, Katolik Milad bayramı ilə əlaqədar ticarət fəaliyyətinin dayandırılması ilə əlaqədardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər