27 C
Baku
Wednesday, June 26, 2024

Solaxaylar haqqında bilmədiklərimiz

Bir çox dillərdə «sol» sözü süni, qeyri-səmimi, şübhəci sözlərinin sinonimidir. Yəni, bu söz mənfi mənada işlənir.

Solaxaylıq ciddi fiziki qüsur hesab edilir. Orta əsrlərdə solaxay olanları cadugər adlandırıb odda yandırırdılar. O dövrdə əgər kimsə bir şəxsin mütəmadi olaraq sol əlindən istifadə etdiyini görsəydi, kilsəyə həmin şəxsin cadugər olduğunu bildirirdi. Məsələn, kilsənin təşkil etdiyi məhkəmələrin birində bir qadın sol əli ilə inəyi sığallamaqda ittiham edilirdi. Və o məhkəmə tərəfindən günahkar elan edilərək odda yandırılmışdı.

Bir sıra tarixi mənbələrə görə Janna d’Аrkın odda yandırılmasının səbəblərindən biri də onun solaxay olmasında idi.

Yaponiyada qədim zamanlarda əgər bir kişi həyat yoldaşının solaxay olduğunu aşkarlasaydı, onunla dərhal boşanmağa haqqı var idi.

Bir sıra Afrika qəbilələrində və hind kəndlərində indiyə kimi solaxayların anadan gəlmə zəhərləyici olduqları hesab edilir. Bu səbəbdən onlar heç bir zaman solaxayları mətbəxdə çalışdırmırlar.

Hətta qəbilə başçıları solaxaylar sağ əllərindən istifadə etsinlər deyə onların sol əllərini yandırırlar və yaxud yaralayırlar.

Fövqəladi hallarda, həddindən artıq yorğun olduqda, stress zamanı və yaxud tez bir zamanda qərar qəbul etməli və tədbir görməli olduqda  sağ əlləri ilə işləməyi öyrənmiş solaxaylar belə sol əlləri ilə fəaliyyət göstərməyə başlayacaqlar. Bizə belə bir hadisə məlumdur: solaxay təyyarəçi paraşütün açılması üçün sağ tərəfdə yerləşən düyməni tapa bilmədiyindən vəfat etmişdi.

Əgər solaxay 20 santimetrlik xətkeş üzrə 3 santimetrlik xətt çəkməli olsa, o, 20-dən 3-ü çıxacaq, sonra isə 20-dən 17-yə qədər xətt çəkəcək. Sağ əl ilə yazan isə sadəcə olaraq 0-dan 3-ə qədər xətt çəkəcək.

Solaxayların sayı daim azalır. Daş dövründə onların sayı 50%, bürünc dövründə 25%, hal- hazırda isə 5% təşkil edir. İl ərzində 2500-ə yaxın solaxay sağ əlləri ilə istifadə edənlər üçün nəzərdə tutulan əşyaları düzgün istifadə etmədikləri üçün bədbəxt hadisələrin yaranması səbəbindən vəfat edirlər.

Orta əsr qəsrlərində spiral pilləkənlər saat əqrəbinin istiqamətində burulurdular. Bunun sadə bir izahı var: döyüş zamanı xəncərləri sağ əllərində tutan cəngavərlərə pilləkənlərlə yuxarı qalxmaq daha çətindir, nəinki sağ əllərindən istifadə edərək müdafiə olunan cəngavərlərə. Bu sistem çox yaxşı düşünülüb, lakin bir nüans nəzərdən qaçıb. Əgər hücum edən və pilləkənlərlə yuxarı qalxan cəngavər solaxay olsa, bu qorunan qəsrə sərfəli deyil. Lakin qəsri tikən inşaatçılar sərkərdələrin arasında solaxayların olmayacaqlarına əmin idilər. Çünki solaxaylar iblis ilə əlaqəli sayılırdılar və onlar sadəcə olaraq heç bir zaman orduda xidmət edə bilməzdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər