9 C
Baku
Friday, December 13, 2024

“Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə iş açıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Soliton LTD” MMC-yə iş qaldırıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, 17 may tarixində baxılacaq.

Dövlət Xidmətindən verilən məlumata görə, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətlərinə görə qaldırılıb.

Qeyd edək ki, qanunun 9-cu – “İstehlakçıların çaşdırılması” maddəsinin üçüncü abzasına əsasən, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanmasına yol verilmir.

Son xəbərlər
Digər xəbərlər