12 C
Baku
Saturday, November 23, 2024

Şolts: “Aİ artıq xarici siyasətdə milli veto qoya bilməz”

Avropa İttifaqı artıq xarici siyasətdə milli veto qoya bilməz.

Bunu Almaniyanın federal kansleri Olaf Şolts deyib.

Almaniyanın federal kansleri Avropa İttifaqının (Aİ) xarici siyasət qərarlarında yekdillik prinsipindən imtinanın tərəfdarı olduğunu bildirib.

Şolts qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Aİ daxilində birlik məsələsini daha kəskin şəkildə gündəmə gətirib.

“Əgər əsas geosiyasi oyunçuların rəqabət apardığı bir dünyada bizi eşitmələrini istəyiriksə, məsələn, xarici siyasətdə milli vetoları qoruyub saxlaya bilmərik”, – kansler vurğulayıb.

O, həmçinin qeyd edib ki, Almaniya tezliklə Aİ-nin birgə miqrasiya siyasəti, İttifaqın müdafiəsinin inkişafı, birlik ölkələrinin texnoloji suverenliyi və demokratik sabitliyi ilə bağlı təkliflərini təqdim edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər