“Xorvatiya, Rumıniya və Bolqarıstan artıq Avropa İttifaqının (Aİ) Şengen zonasının tamhüquqlu üzvü olmaqla bağlı tələblərə cavab verir”.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Xorvatiya, Rumıniya və Bolqarıstan Şengen zonasına tam üzvlüklə bağlı bütün texniki tələblərə cavab verir. Onların tamhüquqlu üzv olmalarını təmin etməyə çalışacağam və həmkarlarımı da əllərindən gələni etməyə çağıracağam”, – o vurğulayıb.