25 C
Baku
Friday, August 19, 2022

Şolts: Almaniya 2022-ci ildə Rusiya neftindən azad ola bilər

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya bu il Rusiyanın neft və kömür idxalından müstəqil olmağa ümid edir.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ölkə hakimiyyətinin bunun üçün lazım olan “texniki şərtlərin” hazırlanmasına aydınlıq gətirib.

“Biz bu il Rusiyanın kömür və neft idxalından uzaqlaşmağa çalışacağıq və texniki şərtlər hazırlayacağıq ki, qaz idxalından tez bir zamanda müstəqil ola bilər”, – deyə kansler söyləyib.

Mart ayında cənab Şolts Almaniyanın Rusiyadan yan keçərək qaz almağa başladığını açıqlamışdı. Almaniyanın iqtisadiyyat naziri Robert Habek ölkəsinin Rusiya qazından imtina etməyə hazır olduğuna inansa da, bu qərarın çətin olduğunu vurğulayıb. Qeyd edək ki, Almaniya mayələşdirilmiş qaz tədarükü ilə bağlı Qətərlə razılığa gəlib. Almaniya hakimiyyəti 2022-ci ilin ortalarına qədər Rusiyadan neft idxalını iki dəfə azaldacağını gözləyir.

Son xəbərlər
Oxşar xəbərlər