Almaniya Kansleri Olaf Şolts ölkəsinin Ukraynaya “Taurus” raketlərini tədarük etməyəcəyini deyib.
Bu barədə Kansler Şolts DPA-nın redaktorlar konfransında bu barədə sualı cavablandırarkən bildirib:
“Almaniya Ukraynanın Avropada ən böyük hərbi dəstəkçisidir. Bu, belə qalır. Ancaq bir şey aydındır: biz müharibə edən tərəfə çevrilməyəcəyik – nə birbaşa, nə də dolayı yolla. Bu iki prinsipi bütün qərarlarımda rəhbər tuturam”.
Almaniya Kansleri qeyd edib ki, Ukraynanın “Taurus” raketlərindən də çox ehtiyac duyduğu digər silahlar var:
“Bu, çox uzaq mənzilli bir silahdır. İngilislərin və fransızların hədəfə nəzarət və onu müşayiət edən hədəf nəzarəti baxımından etdikləri Almaniyada edilə bilməz. Bunu bu sistemlə məşğul olan hər kəs bilir”.