Almaniya Kansleri Olaf Şolts maliyyə bazarlarındakı gərginliyə baxmayaraq, avrozonada maliyyə böhranı təhlükəsini görmür.
O, bu barədə Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
“Mən belə bir təhlükə görmürəm. Maliyyə sistemi 2008-ci il böhranından əvvəlki kimi sarsıntılı deyil. Almaniya banklarında müştərilərin əmanətləri təhlükəsizdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, martın 10-da ABŞ-ın 16-cı ən böyük bankı olan “Silicon Valley Bank” müflis olduğunu bəyan edib. Bank Silikon Vadisi müəssisələrinin aparıcı kreditorlarından biri olsa da, iki gündən az müddətdə iflas etdi.