“Bizim müzakirə edəcəyimiz mövzular çoxdur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirib.
Olaf Şolts deyib ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması müzakirə olunub: “Yaxşı haldır ki, iki ölkə rəhbəri dialoqdadır. Siz mənimlə son görüşdə demişdiniz ki, bütün məsələlər müzakirə yolu ilə həll olunacaq. Mən hər iki tərəfi lazımi konstruktivlik nümayiş etdirməsini gözləyirəm”.
Kansler deyib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlaması xəbərini alıb.
Bunu müsbət dəyərləndirən Olaf Şolts deyib ki, bu il sülh müqaviləsinin imzalanacağına inanırlar.