20 C
Baku
Saturday, May 25, 2024

Şolts: “NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər”

NATO-ya üzv ölkələr Ukraynanı altı “Patriot” sistemi ilə təchiz edə bilər.

Bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Almaniyadan gətirilən sistemlə birlikdə “Patriot”ların ümumi sayı yeddiyə çata bilər.

“Biz eşitmişik ki, onların sayı yeddi ədəd olmalıdır. Biri bizimdir, ümid edirik ki, əlavə altısı da tapılacaq”, – kansler qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı ölkələri öz anbarlarında saxlanılan “Patriot” sistemlərini Kiyevə göndəməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər