Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə Almaniya Kansleri Olaf Şoltsun ofisinin yaydığı press-reliz çox lakonik olub.
Almaniya Kanslerinin ofisinin yaydığı press-relizdə Şolts-Putin telefon danışığının bir saata yaxın davam etdiyi bildirilib.
“Almaniya Kansleri Rusiyanın Ukraynada mülki infrastruktura aviazərbələr endirməsini pisləyib və Almaniyanın Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiə qabiliyyətini təmin etməkdə dəstəkləməkdə qətiyyətli olduğunu vurğulayıb. Şolts Putini tezliklə Rusiya qoşunlarının çıxarılmasını ehtiva edən diplomatik həlli axtarmağa çağırıb”, – açıqlamada vurğulanıb.