16 C
Baku
Friday, April 26, 2024

Şolts: “Putinin Ukrayna ilə bağlı strategiyası işləməyəcək”

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı strategiyası işləməyəcək”.

Bunu Almaniya kansleri Olaf Şolts İsveçin “Dagens Nyheter” qəzetinə müsahibəsində deyib.

Amaniya kansleri bununla belə, böhran zamanı Rusiya ilə birbaşa ünsiyyətin vacibliyini vurğulayıb.

“Nə qədər çətin olsa da, xüsusilə böhran dövründə Rusiya ilə birbaşa ünsiyyət vacibdir”.

“İstəyirəm bizim mesajlarımız birbaşa Rusiya Prezidentinə çatsın ki, bu ölkə birbaşa məsuliyyəti öz üzərinə götürsün. Ona aydın mesajım odur ki, onun Ukrayna ilə bağlı strategiyası işləməyəcək. Putin ondan nə tələb etdiyimizi bilməlidir. Buna görə də hesab edirəm ki, belə söhbətlər, o cümlədən gələcəkdə də vacibdir”, – O.Şolts jurnalistin Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırıb-qalmayacağı barədə sualına cavabında bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər