10 C
Baku
Friday, December 13, 2024

Şolts Putinlə danışmağı planlaşdırır

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukraynada baş verənləri zamanla yenidən telefonla müzakirə etməyi planlaşdırdığını bildirib.

“Kölner Stadt-Anzeiger” qəzetinə verdiyi müsahibədə hökumət başçısı xatırladıb ki, son söhbətdən xeyli vaxt keçib.

“Lakin mən uyğun vaxtda Putinlə yenidən danışmaq niyyətindəyəm”, – Şolts deyib.

Rusiyada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı suala kansler belə cavab verib: “Mən belə spekulyativ suallar belə qaldırmıram. Bütün hallarda Moskva və Kiyev hakimiyyətləri arasında saziş imzalanmalıdır”.

Qeyd edək ki, Şolts və Putin arasında sonuncu telefon danışığı ötən il dekabrın ikisində baş tutub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər