“Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə Avropanın vahid reaksiyası Rusiya Prezidenti Vladimir Putini təəccübləndirə bilib:
“Sanksiya tədbirləri Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərmək üçün mühüm vasitədir. Ölkə dünya texnoloji tərəqqidən kənarda qalıb. Bu nə qədər uzansa, Rusiyaya bir o qədər çox ziyan dəyəcək. Mənim üçün Almaniyanın (Ukrayna tərəfdarlarının Qərb alyansından – Red) çıxmasından söhbət gedə bilməz”.