22 C
Baku
Thursday, April 18, 2024

Şolts Rusiyadan enerji tədarükü məsələsindəki səhvləri etiraf edib

Almaniya kansleri Olaf Şolts Rusiyadan enerji tədarükü probleminin həllində səhvləri etiraf edib. Onun fikrincə, indi Almaniya mümkün qədər tez, lakin təhlükəsiz şəkildə Rusiyadan enerji idxalından müstəqil olmalıdır.

Bu barədə yerli “Welt” qəzeti yazıb.

Kanslerin sözlərinə görə, Rusiyanın hətta böhran vəziyyətlərində belə etibarlı iqtisadi tərəfdaş olması ilə bağlı köhnə düstur artıq tətbiq olunmur.

O həmçinin Almaniya regionlarına Rusiyaya qarşı sanksiyaların fəsadlarının aradan qaldırılmasında dəstək vəd edib.

“Neft embarqosu yanacaqdoldurma məntəqələrinin qiymətlərində böyük regional fərqlərə səbəb olmamalıdır. Mənim üçün bu, həmrəylik məsələsidir”, – O.Şolts bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər