Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts bazar ertəsi Berlində Rusiya əleyhinə sanksiyalar, enerji və “Şimal axını” hadisəsini müzakirə edəcək işçi şam yeməyi keçirməyi planlaşdırırlar.
Bu barədə çərşənbə günü “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Makron və Şolts qaz qiymətlərinin artması, Ukraynaya dəstək və Fransa ilə Almaniya arasında hərbi əməkdaşlıq məsələsini də qaldırmağı planlaşdırır. Bundan əlavə, Əlcəzairdən qazın Portuqaliya, İspaniya və Cənubi Fransa vasitəsilə Mərkəzi Avropaya çatdırılması üçün 2019-cu ildə dayandırılmış “Midcat” layihəsinin müzakirəsi planlaşdırılır.
Heç bir tərəf Şoltsun müsbət koronavirus testi ilə əlaqədar səfərini “Politico”ya rəsmi olaraq təsdiqləməyib. Bununla belə, nəşrin məlumatına görə, bazar ertəsi Soltsun nümayəndəsi kanslerin bir həftə ərzində sağalacağını gözlədiyini bildirib. Bu halda o, Makronu Berlində qəbul edə bilərdi.