Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait məlumat verib.
Tərəflər dünyada ərzaq böhranını gərginləşdirməmək üçün taxıl sazişini təhlükəyə atmamağa çağırış ediblər.
“Kansler Şolts bu gün Ukrayna prezidenti Zelenski ilə telefonla danışıb və Ukraynadakı hərbi-siyasi və humanitar vəziyyət, eləcə də gələcək dəstək variantları, o cümlədən yenidənqurma ilə bağlı fikir mübadiləsi aparıb”, – deyə Hebeştreit bildirib.