7 C
Baku
Thursday, December 12, 2024

Şolts Zelenski ilə danışdı

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib.

Bildirilib ki, Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar.

Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər