28 C
Baku
Thursday, June 13, 2024

Şolz Putinlə telefon danışıqlarını davam etdirmək niyyətindədir

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır, onlar davam etdirilməlidir.

Bunu bazar günü Tagesspigel qəzetində dərc olunan müsahibəsində Almaniya Nazirlər Kabinetinin rəhbəri deyib.

“Putinlə yenidən telefon danışığım olacaq, çünki bir-birimizlə danışmalıyıq” – o deyib.

Onun sözlərinə görə, vəziyyətlə bağlı “tamamilə fərqli” fikirlərə baxmayaraq, belə söhbətlər zamanı ton “ədəbsiz” olmur.

Scholz bu kontekstdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını “dəhşətli mənasız müharibə” adlandırıb:

“Bəzən söhbət məhbusların mübadiləsi, taxıl ixracı, Zaporojye AES-in konkret məsələlərindən gedirdi. Amma mənim üçün vacibdir ki, söhbət həmişə konkret mövzuya qayıdır – dünya bu dəhşətli vəziyyətdən necə çıxa bilər? Bunun şərtləri bəllidir – rus qoşunlarının çıxarılması”.

Qeyd edək ki, Şolz və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər