13 C
Baku
Friday, November 22, 2024

Somali tarixində ilk dəfə neft hasil edəcək

Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.

Bu barədə Somalinin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat verib.

Nazirin sözlərinə görə, ilk neftin Qalmuduq ştatı, ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan hasil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər