Son 10 il ərzində Aİ-nin Azərbaycan iqtisadiyyatına sərmayələri $18 mlrd.-a yaxın təşkil edib

0

2009-2018-ci illərdə Avropa İttifaqından şirkətlərin Azərabaycan iqtisadiyyatına sərmayələri $18 mlrd.-a yaxın təşkil edib. Bu barədə təkrar nəzərdən keçirilən Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ ilə Azərbaycan arasında münasibətlərə dair hesabatda deyilir.

Sənədə əsasən, bu göstərici son 10 il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcminin 24%-ni təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Hazırda Azərbaycanda Avropa kapitalı ilə 385-ə yaxın şirkət fəaliyyət göstərir”, – hesabatda qeyd olunur.

Bildirilir ki, 2015-2017-ci illərdə hökumət tərəfindən həyata keçirilən islahatlar nəticəsində, xüsusilə fiskal və monetar siyasətin sərtləşdirilməsi nəticəsində neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur.

“Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini və öklkədə biznes mühitin yaxşılaşdırlmasına yönələn islahatların dəstəklənməsini davam etdirir. Bu, xüsusilə ASK sektoru və regionların inkişafına, həmçinin peşəkar tədris və təhsilə kömək vasitəsilə baş verir. 2018-ci ilin iyun ayında Azərbaycanda işgüzar mühitə dair Aİ-nin dərc olunan hesabatında qeyd edilib ki, ölkədə biznes mühit yaxşılaşmaya doğru tendensiyaları nümayiş etdirir”, – hesabatda vurğulanır. 

İnterfax.az