10 C
Baku
Saturday, November 23, 2024

“Son 12 ildə Aİ Azərbaycana $24.7 milyard investisiya yatırıb”

2012-2023-cü illər ərzində Avropa İttifaqından (Aİ) Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 24.7 milyard ABŞ dolları təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.

O bildirib ki, Avropa İttifaqı və Dünya Bankı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlıq iqtisadi inkişafın təmin edilməsində, innovativ yanaşmaların uyğunlaşdırılmasında mühüm rol oynayır: “Belə ki, Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Tərəflər arasında münasibətlərin artan dinamikasında ticarət ikitərəfli əməkdaşlığımızın əsas sahələrindən biridir. Eyni zamanda Azərbaycan avropalı investorlar üçün cəlbedici bazardır. Belə ki, 2023-cü ildə Avropa İttifaqının ölkəmizin xarici ticarətində payı 24.82 milyard ABŞ dolları, cari ilin yanvar-aprel ayları üçün isə bu rəqəm 5.31 milyard ABŞ dolları təşkil edib”.

R.Nəcəfli qeyd edib ki, müvafiq sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib: “Strategiya çərçivəsində biznes üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyinin təmin edilməsi, innovasiyaların dəstəklənməsi və stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması və bir sıra əsas fəaliyyətlər müəyyənləşdirilib. Bu strategiyanın reallaşması nəticəsində 2026-cı ilin sonuna qədər ölkə iqtisadiyyatında böyük dəyişikliklər, prioritet sahələrdə artım və inkişaf templərinin sürətlənməsi gözlənilir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər