2007-ci ildən SOCAR-ın “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1.7 mln. metrə yaxın qazma işləri aparıb və 1 038 quyunu sifarişçiyə təhvil verib.
Banker.az SOCAR-a istinadən xəbər verir ki, müəssisə 2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1.7 milyon metrə yaxın qazma işlərini aparıb və 1 038 quyunu sifarişçiyə təhvil verib.