10 C
Baku
Sunday, November 10, 2024

Son 2 ildə əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 10 dəfəyə yaxın artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmini açıqlayıb.

Banker.az mərkəzə istinadən xəbər verir ki, 2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213.6 mln. manat təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1.3 mlrd. manatlıq əməliyyat aparıblar.

Qeyd edək ki, bu ilin iyul ayında aparılan əməliyyatların həcmi 2021-ci ilin iyul ayı ilə müqayisədə 2.2 dəfə, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə isə 9.3 dəfə çoxdur.

Cari ilin ilk 7 ayı ərzində xarici vətəndaşların apardıqları bu əməliyyatların həcmi ötən ilin analoji dövrünə nisbətən 2.1 dəfə, 2020-ci ilin müvafiq dövrünə nisbətdə isə 4.3 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər