Azərbaycanda bank işçilərinin sayı 22777 təşkil edir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 31.12.2022-ci il tarixinə olan hesabatına istinadən xəbər verir.
Ötən ilin dekabr ayında bank işçilərinin sayı 226 nəfər artıb.
2022-ci ilin sonuna olan göstəricini 2021-ci ilin sonu ilə müqayisə etdikdə 2448 nəfər və ya 12% artım müşahidə olunur. 2 illik müqayisədə isə bank əməkdaşlarının sayı 4069 nəfər və ya 21.8% artıb.