23 C
Baku
Friday, April 19, 2024

Son 2 ildə kredit təşkilatlarında nə baş verdi

Bir çoxlarının kreditə ehtiyacı olduqları zaman ilk üz tutduqları yer banklar olur. Lakin kredit əldə etmək üçün ölkədə banklarla yanaşı Bank olmayan Kredit təşkilatlarıKredit İttifaqları da vardır.

Son açıqlamalara əsasən qeyd etmək olar ki, hazırda ölkəmizdə 148 ədəd BOKT  vardır. 2011-ci ildə isə ölkədə BOKT-ların sayı 125 ədəd təşkil edirdi. Bu da o deməkdir ki, son 2 il ərzində ölkədə 23 ədəd  BOKT-lar yaranıb.   İlin sonu isə ölkənin 3 BOKT-un lisenziyası ləğv olunması ilə bağlı qərar qəbul olundu. Durmadan fəaliyyətdə olan Bank olmayan kredit təşkilatları xarici şirkətlərlə əmakdaşlıq edir və bu əməkdaşlıq nəticəsində Bokt-lar xarici ölkələrin banklarından kredit götürür və bunun müqabilində bu krediti müxtəlif faizlərlə əhaliyə təqdim edir.

Bank Olmayan Kredit Təşkilatları yəni BOKT-lar ucqar regionlarda daha çevik hərəkət edir və əhalinin kreditləşməsində mühüm rol oynayır.  Ucqar regionlarda bankların zəif fəaliyyət göstərməsi burada yaşayan əhalinin kredit xidmətlərindən istifadəsi məhdudlaşır. Banklar üçün bir iri həcmli kredit vermək birdən çox mikro kredit verməkdən daha sərfəlidir.

Növbəti kredit verən təşkilatlardan biri isə Kredit İttifaqlarıdır. Bu İttifaqlar ölkədə 111 ədəddir.  Kredit Ittifaqları 2012-ci ildə 97 ədəd təşkil edirdi. Lakin ötən 2 il ərzində kredit İttifaqlarında  artım hiss olundu. Belə ki, ölkənin Kredit İttifaqları 11 ədəd artdı.  Ötən il lisenziyası ləğv olunan Kredit ittifaqları isə 3 ədəd olub.

Qısaca məlumat üçün qeyd edək ki, Kredit ittifaqı könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Tarixə nəzər yetirsək görərik ki, Kredit İttifaqları ilk dəfə 1844-cü ildə Roçdeyl (İngiltərə) toxuculuq müəssisəsinin işçiləri tərəfindən yaradılması güman edilir. 20-ci əsrin əvvəllərində isə kredit ittifaqları Avropanın digər şəhərləri və ABŞ-da da yaranmağa başladı. Hazırda isə Kredit ittifaqları ABŞ, Kanada, İrlandiya, Avstraliya, Cənubi Koreya və bir sıra digər ölkələrdə daha geniş yayılıb.

Hazırda kredit ittifaqları ilə bağlı bir çox risklər vardırki bu da əsasən onların MKR hələki qoşulmaması ilə əlaqədardır. Regionlarda bəzən əhalinin kreditlə gizli yüklənməsi məhz bu tip təşkilatlardan həmçinin lombardlar və sələmçilərdən yüksək faizlə kreditlərin götürülməsi ilə əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər