25 C
Baku
Sunday, April 21, 2024

Son 20 ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində turizm və ictimai iaşə sahəsində 19 dəfə artıma nail olunub.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.

O bildirib ki, bu dövr ərzində ölkəmizə səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb.

“Eyni zamanda, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı 8 dəfəyə yaxın çoxalıb. Son 20 ildə turizmin qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0.7 faizdən 3.3 faizə yüksəlib. Turizm sahəsində muzdla çalışan işçilərin sayı 6.5 dəfə, cəmi məşğulluq isə 4.1 dəfə artıb”.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər