22 C
Baku
Tuesday, October 7, 2025

Son 3 ildə bu bazar sığorta şirkətlərinə yüksək gəlir, aşağı xərc imkanı yaradıb

Azərbaycanda könüllü əmlakın yanğından və digər risklərdən sığortası sahəsində cari ilin ilk səkkiz ayında artım müşahidə edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülletenindən istinadən xəbər verir.

2024-cü ilin eyni dövründə sığorta haqları 47,4 mln manat təşkil edərkən, 2025-ci ildə bu rəqəm 54,6 mln manata çatıb. Bu, yığımın illik müqayisədə 15,3% artdığını göstərir.

Ödənişlər isə əks tendensiya nümayiş etdirib. 2024-cü ildə 2,56 mln manat olan ödənişlər 2025-ci ildə 1,82 mln manata düşüb, yəni 28,9% azalma qeydə alınıb.

Son illər üzrə zərərlilik əmsalına baxdıqda, 2021-ci ilin ilk səkkiz ayında ödənişlərin haqlara nisbəti 9,3% idi. 2022-ci ildə bu göstərici kəskin azalıb və 2,9%-ə düşüb, 2023-cü ildə isə kəskin artaraq 35,8% olub. 2024-cü ildə yenidən azalma müşahidə olunub və zərərlilik 5,4%-ə geriləyib.

2025-ci ildə isə əmsal 3,3%-ə enərək son illərin ən aşağı səviyyəsinə düşüb.

 

Son xəbərlər
Digər xəbərlər