10 C
Baku
Thursday, December 12, 2024

Son 39 ildə ilk dəfə ABŞ avtomobil bazarında lider dəyişdi

ABŞ-da 2021-ci ilin birinci rübünün avtomobil satışları statistikası açıqlanıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Aprel-iyun aylarında amerikalı dilerlər 4 milyon 419 min avtomobil satıblar ki, bu da keçən illə müqayisədə 49% çoxdur. Hesablamalara görə, ilin birinci yarısının sonunda bazarın həcmi 29% artaraq 8 milyon 357 min ədəd səviyyəsinə çatıb.

Keçən ilə qədər “Ford” ABŞ-da ən populyar avtomobil markası olub, lakin 2021-ci ildə onu “Toyota” əvəz edib. İlk onluq aşağıdakı kimidir:

1. “Toyota”

2. “Ford”

3. “Honda”

4. “Chevrolet”

5. “Hyundai”

6. “Kia”

7. “Jeep”

8. “Ram”

10. “Subaru”

Mütəxəssislər vurğulayırlar ki, son dövrlərdə “Ford” zavodları mikrosxemlərin tədarükündə yaranan fasilələr səbəbindən nizamsız işləyib. Bu isə “F-seriya” avtomobillərin satışlarına mənfi təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər