AZƏRBAYCANDA ƏHALİNİN neftin ucuzlaşması ilə bağlı gələn xəbərlərlə əlllərində milli valyutada olan nağd vəsaitin dəyərsizləşməməsi üçün az qala “çörək pulundan” başqa hamısını ABŞ dollarına kovertasiya etmək istəyirlər. Lakin, bu hadisələrin gün-gündən bir qədər də ajiotajla edilməsi artıq bank filial və şöbələrinin iş rejiminin fəaliyyətin maneə yaratmaqla yanaşı, dolların bahalaşması üçün süni təzyiqlər yaradırlar. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov TV-lərin birində açıqlamasında deyib ki, bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır. “Biz inamla əhaliyə nümayiş etdiririk ki, valyuta ehtiyatlarımız var. Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunu davam etdirmək fikrindəyik. Bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min ABŞ dolları və yaxud təxminən 7 min manatdır,” deyə o bildirir. Baş bankirin hazırkı fikri təbii ki, bazarda dollar ajiotajını səngidə bilməz.
Ekspertlər isə bildirirlər ki, əhali nə qədər dollar alacaqsa, milli pul – manat da bir o qədər zəifləyəcək və bu da ölkədə məhsulların qiymətinin qalxması üçün əsas yarada bilər.
Digər maraqlı tərəf bundadır ki, cari həftənin ilk iş günündə dollar banklar tərəfindən 1,7030 manat ilə satış təklif edildiyi halda, bu ajiotajların yarandığı bir zamanda banklar hətta kursun 0,005 manat azalmalı olublar.
Hazırda Banker.az-ın əməkdaşlarının bir neçə kommersiya bankında monitorinqi göstərir ki, dollara olan tələbat tam ödənilə bilmir. Paytaxt filiallarında banklar əksəriyyəti xarici valyutanı 500 dollar ekvivalentində özlərinin dediyi “blank”ı doldurmadan mübadiləni mümkün saysa da, bəzi bank filiallarında artıq dollar bitib.
“Nə var idi satdıq”, deyə bank filiallarının birində kassirin müştəryiə dolların olmaması barədə müraciətində deyir. Bəzi bank filialının kassalarında isə uzun növbələri qapının önünə qədər gəlib çıxır. Bu isə öz növbəsində bank filiallarının normal – kredit, depozit, pulköçürmə və s. kimi -fəaliyyətinə maneə yaratmalı olur.
Azərbaycan Mərkəzi Bankda suveren fond ARDNF-in həftənin ilk iş günündən bu tərəfə ard-arda keçirilən valyuta hərraclarında 323,2 milyon 155 milyon, 313 milyon, 220,8 milyon və 265,2 milyon ABŞ dolları ekvivalentində xarici valyuta satılıb. Son hərracla bağlı press-relizdə hiss olunur ki, hərracda dollara təlabat daha da artıb. Bu isə təkcə 4 iş günü ərzində bazara 1 milyard 12 mln. dollar ekvivalentində xarici valyuta (ABŞ dolları) çıxarılıb.
Artıq bir neçə bank isə dollar satışının olduğunu desə də iş rejiminin bitməsindən öncə kassalardakı dolların da bitəcəyini istisna etmirlər.
Mümkündür ki, əlində ABŞ valyutasını nağd şəkildə tutmuş şəxslər listə göz keçirib özləri üçün yeni əmanət yerləşdirilməsi üçün ‘etibarlı’ sydığı banklara üz tutsunlar.
Banklar var ki, öncədən qabaqlayıcı tədbir kimi yığım depozitində hətta dolların cəlbini dayandırıb və ya müddətli əmanətlərdə isə faizləri aşağı salmaqla əmanətçilər [dollar] üçün cəlbedici olmaq istəmirlər. Çünkü ki, Azərbaycanda kəskin valyuta dəyərsizləməsinin şahidi olmuş bu maliyyə qurumu üçün öncədən proqnozlaşdırılmamış bəzi əlavə öhdəliklərə çıxara bilər.