13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Son 4 ildə 4000-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstanın ali məktəblərinə qəbul olunub

faizlere

2015-2018-ci illərdə Gürcüstanın ali məktəblərinə Azərbaycan vətəndaşı olan 3 688 tələbə qəbul olunub.

Bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin universitetlərinə daxil olan əcnəbi tələbələrin 23%-ni Azərbaycan vətəndaşları təşkil edib. Azərbaycan Gürcüstanın ali təhsil müəssisələrinə qəbul edilən xarici tələbələr arasında saya görə ikinci yeri tutub.

Birinci yerdə 6 582 tələbə ilə Hindistan qərarlaşıb. 2015-2018-ci illərdə Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunan əcnəbilərin 41%-ni bu ölkə vətəndaşları təşkil edib. Üçüncü yerdə isə nigeriyalı tələbələrdir (796 nəfər/5%).

Yalnız 2018-ci ildə qonşu ölkənin universitetlərinə 4 888 əcnəbi tələbə qəbul olunub. Onların 3 513-ü bir pilləli tibb, 1 188-i bakalavr, 183-ü magistratura, 4-ü isə doktorantura pilləsi üzrə təhsil alır.

Sənəddə qeyd olunub ki, əcnəbi tələbələrin Gürcüstanda ali təhsilə cəlb olunması məqsədilə 2017-ci ildən etibarən “Gürcüstanda təhsil al” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində aparılan araşdırmanın nəticələrinə əsasən, əcnəbi tələbələrin 78%-i Gürcüstanda təcrübə keçməkdə maraqlıdırlar. Həmin tələbələrin təxminən üçdə bir hissəsi Gürcüstanda işə düzəlmək arzusunda olub. Araşdırma müəyyən edib ki, xarici tələbələr Gürcüstanda təcrübə keçmək və işlə təmin olunma sahəsində dil baryerinə görə çətinliklərlə üzləşirlər. 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər