19 C
Baku
Tuesday, April 16, 2024

“Son 5 ildə Azərbaycanda sahibkarların köməkliyilə 282 min nəfər işə düzəldilib” – Sahil Babayev

Son 5 ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi ilə 282 min nəfər işə düzəldilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.

Nazir, həmçinin 14 min nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirib:

“2 000 nəfərə yaxın işsiz işlə təmin edilib. Bütün aktiv məşğulluq tədbirləri sahibkarların ciddi dəstəyi olmadan həyata keçirilə bilməzdi. Qeyd edim ki, Azərbaycanda özünəməşğulluq proqramının icrasına 2017-ci ilin sonlarından başlanılıb. Keçən il bu proqram 16 min şəxsi əhatə edib. Bu proqram xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib”.

“Azərbaycanda sahibkarların ciddi Korporativ Sosial Məsuliyyət (KSM) layihələri də həyata keçirilir. Xüsusilə pandemiya dövründə qısa müddət ərzində 5 milyon insanı əhatə edən sosial dəstək paketləri həyata keçirildi. Hökumət də sahibkarlarımıza bu barədə müraciət ünvanladı. Azərbaycanda pandemiya dövründə əmək müqavilələrinin sayı nəinki azalmadı, hətta artdı. 6 aylıq bir dövrdə sahibkarlar yüz minlərlə dəstək paketlərini issizlərə təqdim etdi. Vətən müharibəsindən sonra da sahibkarlar KSM istiqamətində önəmli addımlar atdı”, – deyə S.Babayev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər