13 C
Baku
Wednesday, November 29, 2023

“Son 5 ildə kartlarla əməliyyatların sayı 12 dəfə artıb”

Hazırda Azərbaycan vətəndaşlarında 13.6 milyon ədəd ödəniş kartı var ki, bunun da 86.6 %-i debet, 13.4%-i kredit kartlarıdır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, ötən il kartlarla 24.4 milyard manat məbləğində 460 milyon əməliyyat aparılıb. Bunlar isə 5 il əvvələ nisbətən müvafiq olaraq 8 dəfə və 12 dəfə çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X