14 C
Baku
Thursday, November 21, 2024

Son 5 ildə əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıb

2019-2024-cü illər ərzində fərdi uçotun sağlamlaşdırılması istiqamətində ardıcıl işlər görülüb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu illər ərzində 830 mindən çox proaktiv sosial ödəniş təyinatı aparılıb: “Yaşa görə pensiyaların 89% -i proaktiv olaraq təyin edilib. 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması və vergi sisteminin tətbiqi ilə 3,1 milyard manat vəsait əldə edilib. Bunun 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyaya yönəldilib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər