-1 C
Baku
Sunday, December 15, 2024

Son 5 ildə Azərbaycanın cari xərcləri 11 mlrd. manat artıb

“Qeyri-neft gəlirlərində azalma olması fikri ilə razı deyilik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari xərclər artıb: “Bu da düzgündür. Reallıq budur və biz də bunu görürük. Bizim 2017-ci illə müqayisədə cari xərclərimiz 11 milyard manat səviyyəsində artıb. Eyni zamanda həmin bu müddət ərzində baş verən dəyişiklikləri də nəzərə almalıyıq. 2019-cu ildə biz sosial xərclərin əhəmiyyətli dərəcədə artımına getmişik. Bunlar hamısı həmin xərclərin artımına bilavasitə təsir göstərib. Həmin artımların böyük hissəsi – 5 milyard manatdan çox – əməyin ödənişi və digər sosial xərclərə aiddir. Təkcə səhiyyə xərcləri sahəsində xərclərimiz 2,2 dəfə artıb. Çünki hər zaman burada bizim səhiyyə xərclərimizin aşağı olduğu deyilirdi. Buna görə də dövlət tərəfindən səhiyyə sahəsində xərclərin artırılmasına gedilir. Bu gün də dövlət tərəfindən sığortalanan əhalini hər il indeksləşdiririk. Hökumətin cari xərclər siyasəti əksər hallarda sosial faktorlarla bağlıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər