5 C
Baku
Saturday, December 14, 2024

Son 5 ildə dövlət büdcəsinin xərcləri 1.6 dəfə artıb

Son 5 ildə (2017-2021-ci illər) dövlət büdcəsinin xərcləri 9827,9 milyon manat və ya 1,6 dəfə artıb.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16588,4 milyon manatı və ya 60,5 faizi cari xərclərə (2020-ci illə müqayisədə 68,5 milyon manat və ya 0,4 faiz az), 8635,2 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə (2020-ci illə müqayisədə 602,0 milyon manat və ya 7,5 faiz çox), 2198,8 milyon manatı və ya 8,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4 faiz çox) yönəldilib.

2020-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 1,1 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,5 faiz-bənd artmış, cari xərclərin xüsusi çəkisi isə 2,6 faiz-bənd azalıb.

Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin büdcə təşkilatları, büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər