Son beş ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 41 nəfər vergi orqanı əməkdaşının xidmətinə xitam verilib, o cümlədən 33 əməkdaş barəsində toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Banker.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov “vergiler.az”a müsahibəsində deyib.