13 C
Baku
Saturday, November 23, 2024

“Son 5 ildə orta əməkhaqqı 75% artıb”

“Ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib”.

Bunu Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib: “Bu müddət ərzində ölkəmizdə əməkhaqqı fondu 2.8 dəfə, minimum əməkhaqqı 2.7 dəfə, orta əməkhaqqı 75 faiz artıb”.

Dövlətimizin başçısının tapşırığına əsasən müharibə iştirakçılarının daim diqqət mərkəzində olduğunu bildirən S.Babayev əlavə edib: “128 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsi üzvünə 340 mindən çox dəstək tədbiri göstərilib. Eyni zamanda, 6 min mənzil, 600 avtomobil təhvil verilib. Bu dəstək tədbirlərinin artırılması planlaşdırılır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər