17 C
Baku
Saturday, May 4, 2024

Son 5 ildə sığortasız maşınlarla vurulmuş zərərə görə 4 mln. manata yaxın kompensasiya ödənilib

İcbari Sığorta Bürosu (İSB) son 5 ildə Azərbaycanda naməlum və yaxud oğurlanmış, eləcə də sığortasız nəqliyyat vasitələri ilə vurulmuş zərərə görə 3.752 milyon manat kompensasiya ödəyib.

Bunu jurnalistlərə açıqlamasında Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, bu məbləğin 1.492 milyon manatı 2022-ci ilin payına düşüb.

“İSB üzvü olan sığorta şirkətləri ödəmə qabiliyyətini itirdikdə də sığorta ödənişləri həyata keçirir. Bu çərçivədə 2016-cı ildə müflis olmuş “Alfa Sığorta” ASC-yə görə 320 min manat, 2020-ci ildə müflis olmuş “Standar İnsurance Sığorta Şirkəti” ASC-yə görə isə 5.671 milyon manat sığorta ödənişləri verilib”, deyə R.Əhmədov əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər