“Qala Həyat” Sığorta Şirkəti ASC-nin işçi sayı 1 iyul 2019-cu il tarixinə 70 nəfər təşkil edib.
Banker.az bu barədə “Qala Həyat”ın hesabatına istinadən xəbər verir.
Bu da ilin əvvəli ilə müqayisədə 2 nəfər işçinin Sığorta Şirkətini tərk etməsi deməkdir.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna” MMC-yə məxsusdur.