15 C
Baku
Tuesday, April 30, 2024

Son 6 ayda Azərbaycan ₼5 mln.-a yaxın sığorta xidməti ixrac edib

Son 6 ayda sığorta müqavilələrinin sayında 2.4 dəfə, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilib.

Banker.az bu barədə İcbari Sığorta Bürosunun məlumatına istinadən xəbər verir.

2022-ci ilin ilk 6 ayı ərzində 12 365 sığorta müqaviləsi rəsmiləşdirilib və 1 266 972 manat sığorta haqqı yığılıb. 2023-cü ilin müvafiq dövründə isə 29516 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 7 338 196 manat sığorta haqqı toplanıb. 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 140%, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilib. Artımın ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9000 sığorta müqaviləsi rəsmiləşdirilib və 5 000 000 manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7000 ədədi Qazaxıstan, 2000 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 000 000 manata yaxın sığorta xidmətini ixrac ediblər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər