16 C
Baku
Tuesday, April 30, 2024

Son 7 ildə ilk dəfə funt sterlinq dollara nisbətdə dəyər itirib

Böyük Britaniyanın pul vahidi funt sterlinq 2009-cu ildən bu vaxtadək ilk dəfə ABŞ dollarına nisbətdə 1,40 səviyyəsindən aşağı düşüb. Buna Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması narahatlığının yaranmasının təsir etdiyi bildirilir.

Funt sterlinq Böyük Britaniyanın iyunun 23-də keçiriləcək referendumda ittifaqa üzvlükdən çıxa biləcəyi narahatlığının artması ilə son 7 ildə ilk dəfə dollara nisbətdə ən aşağı – 1,3889 səviyyəsinə düşüb.

ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” və Avropanın köklü maliyyə qurumu olan Fransanın “Societe General” bankının analitikləri qarşıdakı dövrdə funt sterlinqin dollara nisbətdə 1,30 səviyyəsinədək geriləyəcəyi qənaətindədirlər.

Böyük Britaniyanın bank nəhəngi “HSBC”dən edilən şərhdə isə Böyük Britaniyanın Aİ-yə üzvlükdən çıxacağı təqdirdə funt sterlinqin dollara nisbətdə 20 faiz dəyər itirə biləcəyi xəbərdarlığı edilib.

Virtualaz.org

Son xəbərlər
 ⁠
Digər xəbərlər