8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Son 9 ayda ilk: Neftin qiyməti $50-i ötdü

Dünya birjalarında neft qiymətləri COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər fonunda artıb, 50 $/bbl. səviyyəsini ötüb.

Banker.az Bakı vaxtı ilə 08:42 readələrinə olan göstəricilərə istinadla bildirir ki, Brent xam neftinin bir barreli ($/bbl.) London birjasında (fevral fyuçersləri) 50.33 dollar təşkil edib. Bu sessiya ərzində böyük artım olmasa da (0.16%), qiymətin simvolik həddi ötməməsinə görə əlamətdar olub. Həmçinin bu qiymət son 9 ayın ən yüksək zirvəsidir.

Nyu-York birjasında WTI markalı xam neftin bir barreli  0.28% bahalaşmaqla 46.91 dollar olmuşdur.

Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata əsasən, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 41.43 dollar olacağı nəzərdə tutulur. Ötən aykı proqnoz isə 40.61 $/bbl. idi.

Yaxın günlərdə nüfuzlu “Goldman Sachs” isə neftin gələn ilin sonuna 65 $/bbl. səviyyəsinə qalxacağını demişdi.

EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 $/bbl., ikinci rübdə 29 $/bbl., üçüncü rübdə 43.9 $/bbl. olub. Gələn il isə “Brent” neftinin orta qiyməti 48.53 $/bbl. olacaq. Əvvəlki proqnoz isə 46.59 $/bbl. idi.

“Light” markalı xam neftin orta qiymətinin bu il 38.96 $/bbl., növbəti il isə 45.78 $/bbl. olacağı gözlənilir. Ötən aykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 38.24 $/bbl., 2021-ci il üçün 44.24 $/bbl. idi.

EIA neft qiymətlərinə dair proqnozda yuxarı istiqamətli dəyişikliyə qlobal neft tələbatının artmasının, OPEC və OPEC-ə üzv olmayan neft istehsalçılarının hasilatı azaltmağa davam etməsi qərarının və qlobal neft ehtiyatlarının azalacağı gözləntilərinin təsir etdiyi bildirib.

Bu arada, Osloda mənzillənən “Rystad Energy” şirkəti məlumat yayıbarşıdakı 30 ildə qlobal tələbatı ödəmək üçün hazırda hasil olunan ehtiyatlardan əlavə 313 milyard barreldən çox neftə ehtiyac var.

 

Son xəbərlər
Oxşar xəbərlər