9 C
Baku
Wednesday, December 25, 2024

Son altı ildə əmək müqavilələrinin sayı 44% artıb

Son 6 il ərzində əmək müqavilələrinin sayı 44% artıb.

Bunu Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: Həmkarlar İttifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, 2018-ci ildən sonrakı dövrdə 4 mln şəxsi əhatə edən, illik əlavə maliyyə vəsaiti 7 milyard manat (təqribən 4,1 milyard ABŞ dolları) olan 4 sosial islahat paketi həyata keçirilib: “Bu dövrdə sosial ödənişlər 2,5 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, orta aylıq əməkhaqqı 84%, median əməkhaqqı 2,2 dəfə, minimum əmək haqqı 2,7 dəfə və əmək haqqı fondu 2,8 dəfə artırılıb”.

O əlavə edib ki, əmək münasibətlərin tənzimlənməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində həyata keçirilən tədbirlər nəticəsində son 6 il ərzində əmək müqavilələrinin sayı 44% və ya 563 min artıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər