-1 C
Baku
Saturday, December 14, 2024

Son altı ildə ilk: Amerikanlar Azərbaycandakı biznesindən 4 mln qazandılar

“FINCA Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı öz səhmdarlarına 2020-ci ildə dividend ayırıb.

Banker.az xəbər verir ki, BOKT-un səhnmdarına 2020-ci ildə 3 milyon 856 min manat dividend ödənilib.

Bu son altı ildə ilk belə hadisədir. Sonuncu dəfə 2014-cü ildə səhmdarlara 1 milyon 651 min manat divident ödənilmişi.

Bildirək ki, “FINCA Azərbaycan”nın bölüşdürülməmiş mənfəətinin həcmi 1 yanvar 2020-ci il tarixinə 14 milyon 931 min manat idi. Bu mənfəətin 11 milyon 79 min manatı 2019-cu il üzrə xalis mənfəətdən qalıb. Həmin ildə kredit təşkilatı 1 milyon 75 min manat əməliyyat zərəri etsə də 12 milyon 280 min manat problemli kreditlərin geridönüşü hesabına gəlir vəsait əldə etmişdi. 2020-ci ildə isə 573 min manat xalis mənfəət əldə edib. 1 yanvar 2021-ci il tarixinə BOKT-un xalis mənfəəti bölüşdürülməmiş mənfəəti 11 milyon 745 min manatdır.

BOKT-un son illərdə mənfəət/zərəri:

  • 2015: ₼13 056 min zərər (ilin sonuna ₼24 044 min bölüşdürülməmiş mənfəət),
  • 2016: ₼38 661 min zərər (₼14 617 min manat yığılmış zərər),
  • 2017: ₼18 327 min xalis mənfəət (₼3 710 min bölüşdürülməmiş mənfəət),
  • 2018: ₼142 min xalis mənfəət (₼3 858 min bölüşdürülməmiş mənfəət),
  • 2019: ₼11 079 min xalis mənfəət (₼14 931 min bölüşdürülməmiş mənfəət),
  • 2020: ₼673 min xalis mənfəət (₼11 749 min bölüşdürülməmiş mənfəət).

BOKT-un səhmdarı “FINCA Microfinance Coöperatif U.A.”-dır. O, “FINCA Azərbaycan” BOKT-un 3 milyon 756 min nizamnamə kapitalının 100%-nə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər