Azərbaycanda əhalinin müddətli bank əmanətlərinin orta faiz dərəcəsi artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin iyulda milli valyuta üzrə illik 9.24% təşkil edib. Bu bir ay öncə 9.22% idi.
Xarici valyutada əhalinin müddətli əmanətlərinin orta illik faizi iyunda 1.89% olduğu halda, iyulda 1.90%-ə yüksəlib.
Fiziki şəxslərə verilən kredit faizləri isə milli valyutada iyunda 16.06% olduğu halda, iyulda 15.99%-ə düşüb. Xarici valyutada verilən kreditlər isə 5.07%-dən 5.30%-ə yüksəlib.