Azərbaycanda dekabr ayı ərzində banklar tərəfindən satılan dolların satış həcmi kəskin artıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Banklar tərəfindən ötən ay ərzində $239.21 milyon satılıb. Bu da öncəki ayla müqayisədə 72% artımla bərabər, 2020-ci ilin aprel ayından bu tərəfə müşahidə edilmiş ən böyük rəqəm olub.
Dekabr ayında keçirilən valyuta hərraclarında ARDNF Mərkəzi Bankda 637.8 milyon dollar ekvivalentində xarici valyuta satmışdı. Bu 2020-ci ilin mart ayından sonra ikinci ən böyük rəqəm idi.
Mərkəzi Bankın açıqlamasına görə, banklar tərəfindən $97.6 milyon dollar alış həyata keçirilmişdir.
2020-ci il üzrə Azərbaycan bankları tərəfindən əhaliyə 337.41 milyon həcmində ABŞ valyutası satışı, 113.93 milyon həcmində isə alışı həyata keçirilib.