19 C
Baku
Tuesday, April 16, 2024

Son ayda bankların əhaliyə dollar satışı 72% artıb

Azərbaycanda dekabr ayı ərzində banklar tərəfindən satılan dolların satış həcmi kəskin artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Banklar tərəfindən ötən ay ərzində $239.21 milyon satılıb. Bu da öncəki ayla müqayisədə 72% artımla bərabər, 2020-ci ilin aprel ayından bu tərəfə müşahidə edilmiş ən böyük rəqəm olub.

Dekabr ayında keçirilən valyuta hərraclarında ARDNF Mərkəzi Bankda  637.8 milyon dollar ekvivalentində xarici valyuta satmışdı. Bu 2020-ci ilin mart ayından sonra ikinci ən böyük rəqəm idi.

Mərkəzi Bankın açıqlamasına görə, banklar tərəfindən $97.6 milyon dollar alış həyata keçirilmişdir.

2020-ci il üzrə Azərbaycan bankları tərəfindən əhaliyə 337.41 milyon həcmində ABŞ valyutası satışı, 113.93 milyon həcmində isə alışı həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər